ABŞ–İran müharibəsi başlasa… XƏBƏRDARLIQ
İraqda fəaliyyət göstərən, Kətaib Hizbullah adlı İran yönlü silahlı qruplaşma ABŞ-yə qarşı açıq təhdidlə çıxış edib.
Crossmedia.az bu barədə "Shafaq News"-a istinadən xəbər verir.
Əbu Taleb əs-Səidi bildirib ki, ABŞ-nin İrana qarşı hər hansı müharibəyə başlaması halında təşkilat raketlər və pilotsuz uçuş aparatları vasitəsilə İraqdakı və regiondakı bütün Amerika hərbi bazalarına zərbə endirməyə hazırdır.
Liderin sözlərinə görə, Kətaib Hizbullah ABŞ–İran qarşıdurmasında neytral mövqe tutmayacaq. O qeyd edib ki, əvvəlki mərhələdə — “12 günlük müharibə” zamanı — İranın Ali Rəhbəri Əli Xamenei müdaxilə edilməməsi barədə göstəriş vermişdi, lakin hazırkı vəziyyətin tamamilə fərqli olduğunu vurğulayıb.
Qeyd edək ki, Kətaib Hizbullah 2003-cü ildən fəaliyyət göstərir və ABŞ-nin İraqa müdaxiləsindən sonra yaradılıb. Təşkilat ideoloji və struktur baxımından Livandakı Hizbullah modelinə əsaslanır və birbaşa SEPAH Qüds Qanadına tabe hesab olunur.
Müşahidəçilər bildirirlər ki, bu açıqlama Yaxın Şərqdə onsuz da yüksək olan gərginliyin daha da artmasına səbəb ola bilər.
14:49 17.01.2026
Oxunuş sayı: 1436