Moskva NATO-ya meydan oxudu: Baltik dənizi ilə bağlı SƏRT XƏBƏRDARLIQ
Rusiya NATO-nu Baltik dənizində baş verən təxribatlardan əl çəkməyə inandıra biləcək real imkanlara malikdir.
Crossmedia.az xəbər verir ki, bunları Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin TASS agentliyinə müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Moskva Baltik dənizində naviqasiyanın NATO və Avropa Birliyinin müəyyən etdiyi model üzrə tənzimlənməsinə razılıq verməyəcək.
“Rusiya Baltik dənizində naviqasiyanın NATO və Avropa Birliyi modelinə uyğun şəkildə idarə olunmasına icazə verməyəcək”, – deyə Barbin qeyd edib.
Səfirin bu açıqlaması Baltik regionunda təhlükəsizlik, dəniz nəqliyyatı və Rusiya–NATO münasibətləri ətrafında artan gərginlik fonunda diqqət çəkib. Müşahidəçilər bunu Moskvanın regionda mövqelərini sərtləşdirdiyinə dair növbəti siyasi siqnal kimi qiymətləndirirlər.
Kübra Musayeva
13:11 17.01.2026
Oxunuş sayı: 1257