Azərbaycanda IPTV abunəçilərinin sayı son 5 ildə 14 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda 155 min 793 IPTV (İnternet Protokol Televiziyası) abunəçisi olub.
Crossmedia.az-n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 2,3 dəfə çoxdur.
Hesabat dövründə ölkədə kabel televiziyası abunəçilərinin sayı 201 min 624-ə bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 % azdır.
Son 5 ildə IPTV abunəçilərinin sayında 13,6 dəfəlik, kabel televiziyası abunəçilərinin sayında isə 13,2 %-lik artım qeydə alınıb.
15:43 19.08.2026
Oxunuş sayı: 45