Çin Rusiyanı bərabər tərəfdaş hesab etmir – Polşa XİN rəhbəri
"Çin artıq Rusiyaya bərabərhüquqlu tərəfdaş kimi yanaşdığını nümayiş etdirməyə çalışmır. Bu, Şençjendə keçirilən sammitin əsas nəticələrindən biridir".
Crossmedia.az xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir Rusiya, Çin və ABŞ-nin dünya nizamını bölüşdürəcəyi “Böyük üçlük” formatının yaradılmasını arzulayır. Lakin Kremlin təşəbbüsü ilə təşkil olunan son sammit qüvvələr nisbətinin tamamilə fərqli olduğunu göstərib.
Sikorski Çin tərəfinin Putinə münasibətini istehzalı şəkildə şərh edib:
“Çinlilər Putinə sözün əsl mənasında onun yerini göstərdilər. Yəni onu Si Cinpinin həyat yoldaşının yanında əyləşdirdilər”, – deyə Polşa XİN rəhbəri deyib.
Nazirin açıqlaması Çin və Rusiya arasında münasibətlərdə tərəflərin siyasi və diplomatik mövqelərinin bərabər olmadığına dair müzakirələri yenidən gündəmə gətirib.
21:53 22.11.2026
Oxunuş sayı: 45