İndoneziyada 5,5 maqnitudalı zəlzələ baş verib
İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi bu barədə məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Sulavesi adasındakı Bitunq şəhərindən 227 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanlar Moskva vaxtı ilə saat 10:55-də qeydə alınıb.
Episentrdəki təkanların intensivliyinə görə zəlzələ “kifayət qədər güclü” kimi qiymətləndirilib.
17:07 22.11.2026
Oxunuş sayı: 39