Editor.az saytı 14 yaşını qeyd edir!
Azərbaycanın informasiya məkanında özünəməxsus yer və nüfuz qazanan Editor.az informasiya portalının 14 illik yubileyi münasibətilə kollektivini səmimi-qəlbdən təbrik edirik! Fəaliyyət göstərdiyi illər ərzində operativ, dəqiq və obyektiv informasiya təqdimatı, aktual mövzulara peşəkar yanaşması və ölkəmizin ictimai-siyasi həyatının işıqlandırılmasında nümayiş etdirdiyi prinsipial mövqeyi ilə seçilən portal Azərbaycan mediasının inkişafına öz töhfəsini verib.
İnanırıq ki, Editor.az bundan sonra da peşəkarlıq, məsuliyyət və jurnalistikanın ali prinsiplərinə sadiqlik nümayiş etdirərək informasiya məkanında mövqeyini daha da möhkəmləndirəcək, yeni uğurlara imza atacaq. Portalın rəhbərliyinə, bütün əməkdaşlarına və oxucularına möhkəm cansağlığı, yaradıcılıq uğurları, davamlı inkişaf və yeni nailiyyətlər arzulayırıq. 14 yaşın mübarək, Editor.az!
12:29 22.11.2026
Oxunuş sayı: 117