Lavrov Almaniya və Britaniyanın müdafiə nazirlərinin vəziyyətini qeyri-adekvat adlandırıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniya və Böyük Britaniyanın müdafiə nazirlərinin Ukraynanın Rusiya ərazisinə zərbələri ilə bağlı açıqlamalarını şərh edib.
Crossmedia.az xəbər verir ki, Lavrov Almaniyanın müdafiə naziri Boris Pistorius və Böyük Britaniyanın müdafiə naziri Ues Stritinqin mövqeyini qeyri-adekvat hesab edib.
“Vəziyyətinin, məncə, qeyri-adekvat olduğu insanların açıqlamalarını şərh edə bilmərəm”, – deyə o, jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbərinin müavini Elbric Kolbi Ukraynanın Rusiyaya uzaqmənzilli zərbələrinin münaqişənin başa çatmasına kömək etmədiyini, əksinə, Rusiya cəmiyyətinin müqavimət əzmini gücləndirdiyini bildirmişdi.
Almaniyanın müdafiə naziri Boris Pistorius isə Kiyevin Rusiyaya zərbələrinin tənqid edilməsini “axmaqlıq” adlandırmışdı. Daha sonra o, fikrini ingilis dilində ifadə edərkən uyğun olmayan söz seçdiyini bildirərək Kolbidən üzr istəyib.
14:24 22.11.2026
Oxunuş sayı: 111