Allahşükür Paşazadə Moskvaya səfər edib
Bütün Qafqazın Şeyxi, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Moskvaya işgüzar səfərə gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Şeyxülislam Allahşükür Paşazadəni Vnukovo Hava Limanında Ümumrusiya Patriarxlığının yüksək vəzifəli nümayəndələri qarşılayıblar.
Məlumata görə, Şeyxülislam noyabrın 23-də Moskvada bir sıra mühüm görüşlər keçirəcək.
16:07 22.11.2026
Oxunuş sayı: 61