Britaniya Ukrayna ilə bağlı Aİ-ni tənqid edib
Britaniyalı siyasətçi Corc Qellouey Ukraynada hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyən Avropa liderlərinin yaxın vaxtlarda vəzifələrini itirə biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Britaniyalı siyasətçi Corc Qellouey bu fikirləri jurnalist Diana Pançenkonun “YouTube” kanalına müsahibəsində səsləndirib.
O, Avropa İttifaqını “hürən çixuaxua sürüsü”nə bənzədərək, Ukrayna münaqişəsinin davam etdirilməsini müdafiə edən siyasətçiləri sərt tənqid edib.
Siyasətçi Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdə olduğu dövrün sona yaxınlaşdığını bildirib, Almaniya kansleri Fridrix Mertsin siyasi perspektivlərini isə şübhə altına alıb.
Qellouey Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin də ölkə daxilində geniş dəstəyə malik olmadığını iddia edib. Onun sözlərinə görə, buna baxmayaraq, Börnhəm Ukrayna münaqişəsinin eskalasiyasını dəstəkləyən mövqe sərgiləyir.
Qeyd edək ki, Böyük Britaniya hökumətinin rəsmi saytında Endi Börnhəmin 20 iyul 2026-cı ildən ölkənin Baş naziri olduğu göstərilir.
Bundan əvvəl “Bloomberg”in köşə yazarı Maks Hastinqs Avropa İttifaqı və Böyük Britaniyanın iqtisadi siyasət səbəbindən ciddi çətinliklərlə üzləşdiyini yazıb. O, Britaniyanın büdcə vəziyyətini, Almaniyanın avtomobil sənayesindəki problemləri və Fransada pensiya yaşının artırılmasına qarşı keçirilən etirazları buna nümunə göstərib.
11:10 22.11.2026
Oxunuş sayı: 135