Rusiyalı ekspert: Ermənistanın ABŞ və Aİ-yə güvənməsi ciddi risklər yaradır
Ermənistanın ABŞ və Avropa İttifaqının dəstəyinə arxalanması ölkə üçün ciddi geosiyasi risklər yarada bilər.
Crossmedia.az xəbər verir ki, bunu siyasi şərhçi Pyotr Akopov “Sputnik Ermənistan”ın efirində bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan regional geosiyasi mübarizədə zəif mövqedədir və hazırkı vəziyyətdə ölkənin imkanları məhduddur.
Akopov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan uzaqlaşmaq və Avropa İttifaqına yaxınlaşmaq siyasəti yalnız bir sıra geosiyasi şərtlər dəyişəcəyi təqdirdə özünü doğrulda bilər. Bunlara Rusiyanın zəifləməsi, Avropa İttifaqının güclənməsi, eləcə də ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qalxması daxildir.
Analitik Avropa İttifaqının hazırda ciddi daxili transformasiya mərhələsinə daxil olduğunu vurğulayıb.
Onun fikrincə, Avropa İttifaqının Balkan ölkələri hesabına genişlənməsi məsələsi belə hələ həllini tapmayıb. Buna görə də Cənubi Qafqaz ölkələrinin quruma üzvlüyünü yaxın perspektivdə real ssenari hesab etmir.
Akopov Ermənistanın Qərbə inteqrasiya siyasətinin uğur qazanacağına şübhə ilə yanaşdığını bildirib.
20:56 22.11.2026
Oxunuş sayı: 42