Çilidə baş verən qəzada iki Rusiya vətəndaşı ölüb
Çilinin cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki Rusiya vətəndaşı həlak olub, daha iki Rusiya vətəndaşı isə xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Çilidəki səfirliyi “TASS” agentliyinə məlumat verib.
Səfirlikdən bildirilib ki, qəza nəticəsində ümumilikdə beş nəfər xəsarət alıb. Onların arasında iki Rusiya vətəndaşı da var.
Diplomatik nümayəndəliyin məlumatına görə, xəsarət alan Rusiya vətəndaşlarına lazımi tibbi yardım göstərilib və onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Səfirlik onlarla daimi əlaqə saxlayır.
18:05 22.11.2026
Oxunuş sayı: 52