Messi rəqib futbolçunun üzünə top atdı
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-in pley-off mərhələsinin ilk oyununda “Kolambus Kru”nun hücumçusu Qonsalo Tapianın üzünə top atıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Hadisə ilk hissəyə əlavə olunmuş dəqiqələrdə, “İnter Mayami”nin 0:1 hesabı ilə geridə olduğu vaxt baş verib. Messi topu tez oyuna daxil etmək istəyib, lakin Tapia ona yaxın dayanaraq buna mane olub. Argentinalı futbolçu qısa məsafədən topu rəqibinin üzünə atıb. Zərbədən sonra çilili futbolçu yerə yıxılıb.
Baş hakim Allen Çepmen hər iki futbolçuya sarı vərəqə göstərib. Hakim qərarını topun atılma gücünün zəif olması və Messinin hərəkətinin qırmızı vərəqə tələb edən aqressiv davranış səviyyəsinə çatmaması ilə əsaslandırıb.
“Kolambus Kru”nun baş məşqçisi Loran Kurto isə hakim qərarı ilə razılaşmayıb. O, oyundan sonra Messinin sarı vərəqədən daha ağır cəzaya layiq olduğunu bildirib.
Qarşılaşmada Qonsalo Tapia dubl edərək komandasının qələbəsində mühüm rol oynayıb. “Kolambus Kru” iki qələbəyədək davam edən seriyanın ilk oyununu qazanıb. Cavab qarşılaşması noyabrın 28-nə keçən gecə keçiriləcək.
18:14 22.11.2026
Oxunuş sayı: 40