Polşanın Qdansk limanında güclü yanğın baş verib
Polşanın Qdansk şəhərində yerləşən limanda güclü yanğın qeydə alınıb. Hadisə nəticəsində ərazini geniş tüstü bürüyüb.
Crossmedia.az xəbər verir ki, bu barədə TVP3 telekanalı məlumat yayıb.
Məlumata görə, yanğın ötən gün axşam saatlarında limanın metal tullantılarının saxlanıldığı anbar ərazisində başlayıb. Alovun yaratdığı nəhəng tüstü sütunu hətta şəhərdən kənarda da müşahidə olunub.
Yanğının söndürülməsinə 30 yanğınsöndürən briqadası cəlb edilib. Yanğının yayılmasının qarşısı alınaraq lokallaşdırıldığı bildirilir. Hazırda yanğınsöndürənlər alovun yenidən baş verməməsi üçün ərazidə soyutma işləri aparırlar.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
19:19 22.11.2026
Oxunuş sayı: 31