Kim Çen In Trampın məktubunu açmadan geri qaytarıb
ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inlə yenidən əlaqə qurmaq cəhdi nəticəsiz qalıb. Pxenyan Vaşinqtonun diplomatik təmas təşəbbüslərinə cavab verməyib, hətta Trampın göndərdiyi məktub açılmadan geri qaytarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp əvvəlcə Şimali Koreya lideri ilə mövcud əlaqə kanalları vasitəsilə danışmağa çalışıb. Lakin qarşı tərəfdən cavab almayınca məktub göndərib. Şimali Koreya diplomatı isə məktubu açmadan amerikalı tərəfə geri qaytarıb.
ABŞ prezidentinin son Asiya səfəri zamanı Kim Çen Inla görüş təşkil etmək cəhdi də uğursuz olub.
Qeyd edək ki, Tramp dəfələrlə Kim Çen Inı özünün dostu adlandırıb. 2018-ci ildə isə iki lider arasındakı münasibətlərdən danışarkən bir-birlərinə “aşiq olduqlarını” söyləmişdi.
Bu müddətdə Şimali Koreyanın nüvə potensialı da artmaqda davam edib. Məlumata görə, 2019-cu ildə iki liderin son görüşündən bəri ölkənin nüvə başlıqlarının sayı təxminən 20-30-dan 60-a yüksəlib.
Beləliklə, Trampın Pxenyanla münasibətləri yenidən canlandırmaq cəhdləri hələlik nəticə verməyib.
21:23 22.11.2026
Oxunuş sayı: 38