Almaniya Rusiyanı qıcıqlandırmamaq üçün hərbi planını dəyişib
Almaniya Rusiyanın mümkün reaksiyasından yayınmaq məqsədilə Litvaya hərbi qüvvələrin göndərilməsi planına dəyişiklik edib. Belə ki, alman tankları Polşa ərazisindən öz hərəkətləri ilə deyil, dəmir yolu vasitəsilə Litvaya çatdırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin təhlükəsizlik strukturlarındakı mənbələrinin bildirdiyinə görə, Almaniyanın zirehli texnikasının Belarus sərhədi yaxınlığında Baltikyanı ölkələr istiqamətində hərəkətini əks etdirən fotolar Rusiya Prezidenti Vladimir Putin üçün təbliğat materialına çevrilə bilərdi.
Buna görə də hərbi texnikanın daşınması üçün alternativ marşrut seçilib.
Bununla belə, təlimlərin əsas məqsədlərindən biri real təhlükə yaranacağı təqdirdə qoşunların operativ şəkildə başqa ölkələrə köçürülməsi üçün logistika imkanlarını sınaqdan keçirməkdir.
Litvada keçirilən “Grand Eagle 26” və “Freedom Shield 26 II” hərbi təlimlərinə 6 mindən çox hərbçi cəlb olunub.
21:59 22.11.2026
Oxunuş sayı: 32