Bir il ərzində eyni meşədə 20 nəfər itkin düşüb
Rusiyanın Moskva vilayətinin Şatura rayonundakı meşə massivində bir il ərzində 20 nəfər yolu azaraq itib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, itkin düşən şəxslərə meşədən çıxmaqda yaxınlıqdakı kəndlərin sakinləri kömək ediblər. Onlar meşədə qəribə hadisələrlə qarşılaşdıqlarını bildiriblər. Belə ki, ağacların qeyri-adi formalarda olması, naviqasiya sistemlərinin işləməməsi və avtomobillərin meşənin ortasında qəfil dayanması diqqət çəkib.
Yerli sakinlər baş verənləri ərazidə qədim bütpərəst ibadətgahlarının mövcudluğu ilə əlaqələndirirlər. Əfsanəyə görə, vaxtilə burada bütpərəst tanrılara sitayiş edən göl xalqı yaşayıb.
Hazırda paranormal hadisələrlə maraqlanan şəxslər arasında Şuşmor adlanan əraziyə maraq artıb. İlk ekspedisiyanın dekabrın ortalarında təşkili planlaşdırılır.
Ekspedisiya iştirakçıları piyada Smerdyaçye gölünə çatmaq, əyri formalı ağacların arasında dayanacaq qurmaq və tərk edilmiş kilsəni araşdırmaq niyyətindədirlər.
23:15 22.11.2026
Oxunuş sayı: 44