Xaçmazda qəza: Bir ailənin altı üzvü xəsarət alıb
Xaçmaz rayonu ərazisində yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az hadisə Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "QAZ-3110" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21099"un sürücüsü və altı sərnişini xəsarət alıb.
Yaralıların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri - ata, ana və onların dörd azyaşlı qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir, faktla bağlı araşdırma aparılır.(Report)
23:21 22.11.2026
Oxunuş sayı: 48