Ukrayna əhalisi 26 milyona düşə bilər
Ukraynanın əhalisi 2030-cu ilədək 26,2 milyon nəfərə qədər azala bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutunun direktor müavini Aleksandr Qladun TSN telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin əvvəlində Kiyevin nəzarətində olan ərazilərdə 27 milyondan çox insan yaşayıb. Növbəti 3-4 il ərzində bu rəqəmin 25,5-26,8 milyon nəfər arasında dəyişəcəyi gözlənilir.
Qladun həmçinin ölkədə əhalinin yaşlanması prosesinin sürətlənəcəyini və qadınların sayının kişilərdən çox olacağını proqnozlaşdırıb.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiya Şurasının Donetsk Xalq Respublikasından olan senatoru Aleksandr Voloşin Ukraynanın Beynəlxalq Valyuta Fonduna olan borclarının ölkə üçün ağır yükə çevrilə biləcəyini bildirmişdi.
22:30 22.11.2026
Oxunuş sayı: 47