Oleşkidə ərzaq böhranı dərinləşir, sakinlər təxliyə gözləyir
Ukraynanın Oleşki şəhərində elan edilmiş son atəşkəsə və humanitar yardımın çatdırılması ilə bağlı razılaşmalara baxmayaraq, ərzaq qıtlığı davam edir. Şəhərə ərzaq məhsulları gətirilmir və bəzi sakinlər ehtiyaclarını ödəmək üçün qonşu Radenks kəndinə getməyə məcbur qalırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “NV” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, atəşkəs zamanı sakinlərin bir qismi Rusiya tərəfinin filtrasiya yoxlamalarından keçmək qorxusu, sənədlərinin olmaması və mümkün təqiblər səbəbindən təxliyə olunmaqdan imtina edib.
Digər sakinlər isə təxliyə avtobuslarının toplaşdığı əraziyə çata bilməyiblər. Çünki ətraf kəndlərdən həmin məntəqəyə gedən yol bir neçə kilometr minalanmış ərazidən keçirdi.
Hazırda şəhər sakinləri mütəşəkkil təxliyə üçün növbəti fürsəti gözləyirlər.
Xerson şəhərində isə atəşkəs rejimi başa çatdıqdan sonra pilotsuz uçuş aparatları ilə hücumların və artilleriya atəşlərinin intensivliyi artıb.
Ukrayna hərbçilərinin qiymətləndirməsinə görə, atəşkəs müddətində Rusiya qüvvələri Dnepr çayının sol sahilinə təxminən 1000 hərbçi keçirib və mövqelərini möhkəmləndirib. Bu səbəbdən Ukrayna Silahlı Qüvvələri hava məkanına nəzarəti bərpa etmək üçün əlavə tədbirlər görməli olur
22:36 22.11.2026
Oxunuş sayı: 55