The Guardian: Avropada seçkilər Ukraynanın gələcəyinə təsir göstərə bilər
Gələn ilin sonunadək Avropanın bir sıra ölkələrində keçiriləcək seçkilər Avropa İttifaqına inteqrasiya prosesini və Ukraynaya göstərilən yardımı ciddi şəkildə ləngidə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, seçkilər İspaniya, İtaliya, Polşa və Fransa da daxil olmaqla, Avropanın aparıcı dövlətlərində keçiriləcək.
Proqnozlara əsasən, bu seçkilərdə millətçi və ifrat sağçı siyasi qüvvələrin mövqeləri güclənə bilər. Belə bir nəticə Avropa İttifaqının büdcəsi ilə bağlı danışıqları çətinləşdirə, qurumun gələcək genişlənmə planlarını və Ukraynaya dəstək mexanizmlərini ləngidə bilər.
Nəşr hesab edir ki, Avropada siyasi qüvvələr balansının dəyişməsi həm Ukraynanın Avropaya inteqrasiyasına, həm də Aİ-nin gələcək siyasi və iqtisadi qərarlarına ciddi təsir göstərə bilər
22:55 22.11.2026
Oxunuş sayı: 44