Nikolayev yaxınlığında quru yük gəmisi hədəfə alınıb
Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün ikili təyinatlı yüklər daşıdığı bildirilən quru yük gəmisini vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmi Nikolayev şəhərinin cənub-qərbində, Qara dənizin akvatoriyasında hədəfə alınıb.
Rusiya Müdafiə Nazirliyi gəminin Ukrayna Silahlı Qüvvələri üçün həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən yüklər daşıdığını iddia edib.
Hadisə ilə bağlı Ukrayna tərəfinin açıqlaması barədə məlumat verilməyib
23:07 22.11.2026
Oxunuş sayı: 50