Təyyarəni tarlaya endirən pilot yeni ittihamla üzləşib
Novosibirsk yaxınlığında “Airbus A320” təyyarəsini buğda sahəsinə endirən pilot Sergey Belova göyərtədəki uşaqların həyatını təhlükəyə atmaq ittihamı irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, istintaq pilotun təyyarədə olan altı yaşadək 16 uşağın həyatını təhlükəyə atdığını hesab edir. İstintaqın versiyasına əsasən, Belov təyyarədəki nasazlıqlardan xəbərdar olsa da, Novosibirsk istiqamətində uçuşu davam etdirmək qərarına gəlib. Nəticədə ekipaj məcburi eniş edərək təyyarəni sahəyə endirib.
Bildirilib ki, sərnişinlər arasında iki körpə və 14 məktəbəqədər yaşlı uşaq olub. Bununla belə, “Mash”ın məlumatına görə, sərnişinlərdən heç biri pilotun hərəkətləri ilə bağlı şikayət etməyib.
23:30 22.11.2026
Oxunuş sayı: 36