Ulyanov Kaja Kallasa ictimai çıxışlara daha yaxşı hazırlaşmağa çağırıb
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaja Kallasın açıqlamalarını tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ulyanov Kallasın İrlandiyaya səfəri zamanı Baltikyanı ölkələrin İkinci Dünya müharibəsindən sonra üzləşdiyi çətinliklərdən danışmasına münasibət bildirib.
Kallas irlandiyalılarla söhbətində Baltikyanı ölkələrin müharibədən sonra repressiyalara, deportasiyalara, milli dil və mədəniyyətin sıxışdırılmasına məruz qaldığını qeyd edib. O, həmçinin İrlandiyanın Böyük Britaniya kimi yaxşı qonşuya sahib olmaq baxımından şanslı olduğunu söyləyib.
Ulyanov isə bu fikirlərə cavab olaraq Kallasın əsrlər boyu Britaniyanın İrlandiyaya qarşı yürütdüyü siyasətin ağır nəticələrindən xəbərsiz olduğunu iddia edib və ona ictimai çıxışlara daha diqqətlə hazırlaşmağı tövsiyə edib.
23:59 22.11.2026
Oxunuş sayı: 31