Tramp İrana qarşı yeni zərbələr endirə bilər
ABŞ Prezidenti Donald Tramp Tehranla münaqişənin dayandırılması barədə razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana qarşı hərbi zərbələrin bərpasına meyilli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Trey Yingst Amerika lideri ilə müsahibəsindən sonra məlumat verib.
Jurnalistin sözlərinə görə, Tramp razılaşma əldə edilmədiyi halda İrana qarşı hücumların yenidən başlanmasını mümkün hesab edir.
Yingst telekanalın efirində bildirib ki, ABŞ prezidenti zərbələrin Yeni ildən sonra bərpa olunmasına meyilli olduğunu ifadə edib.
00:13 23.11.2026
Oxunuş sayı: 39