11:32 26.09.2026
Emin Ağalarov: Azərbaycan development sahəsinə investisiyalar üçün böyük potensiala malikdir
3
Azərbaycan development sahəsinə, o cümlədən turizm infrastrukturu və kurort istiqamətlərinin inkişafına investisiyalar üçün böyük potensiala malikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sea Breeze” kurortunun təsisçisi və sahibi Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə bildirib.
Emin Ağalarov qeyd edib ki, bu ərəfədə forumda iştirak edən iri investisiya fondlarının nümayəndələri üçün “Sea Breeze”də tədbir təşkil olunmuşdu və orada layihənin investisiya imkanları barədə danışmışdı: “Bu gün burada gördüyümüz bəzi qonaqlar, iri fondların nümayəndələri üçün “Sea Breeze”də böyük tədbir, şam yeməyi təşkil etdik və orada layihənin investisiya imkanlarını daha ətraflı təqdim etmək imkanım oldu. Bu əlaqələri bu il və gələn il ərzində inkişaf etdirməyə davam edəcəyik. İnanıram ki, uğur qazanacağıq”.