KİV: Ukrayna PUA texnologiyasında irəliləyir
Ukraynanın pilotsuz uçuş aparatlarına qarşı istifadə etdiyi PUA-müdaxilə sistemlərinin effektivliyi artıb və “Shahed” tipli Rusiya dronlarının 87 faizinin qarşısının alındığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” texnoloji yarışla bağlı məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynanın yerüstü robotlardan istifadəsi də sürətlə genişlənir. Belə ki, yalnız iyun ayında bu robotlar 16 mindən çox tapşırıq yerinə yetirib və onlar yük daşınması, yaralıların təxliyəsi, eləcə də əks-hücumların dəstəklənməsi üçün istifadə olunur.
Nəşr yazır ki, Ukrayna həmçinin radioelektron mübarizəyə davamlı FPV dronları, hədəflərin avtomatik tanınması və “Starlink” vasitəsilə naviqasiya texnologiyalarını inkişaf etdirir. Eyni zamanda, Rusiya FPV dronlarını onlarla kilometr məsafəyə çatdıran “dron ana” sistemləri və Ukraynanın PUA-müdaxilə vasitələrindən yayınmaq qabiliyyətinə malik daha sürətli reaktiv dronlar üzərində işləyir.
13:32 15.08.2026
Oxunuş sayı: 48