Cənubi Koreyada it ətinin satışına qadağadan əvvəl son “boknal” günü
Cənubi Koreyada it ətinin yetişdirilməsi, kəsilməsi və satışını qadağan edən qanunun tam qüvvəyə minməsindən əvvəl ənənəvi “boknal” günlərinin sonuncusu keçirilib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, avqustun 14-də 2026-cı ilin üçüncü “boknal” günü qeyd olunub. Əvvəllər ilin ən isti günləri hesab edilən bu üç gün it əti restoranlarında ən sıx vaxtlardan biri olub, lakin bu il həmin ənənənin sonuncu mövsümü kimi yadda qalıb.
Seonqnam şəhərindəki Moran bazarında bir vaxtlar it əti restoranları ilə tanınan ərazidə müştərilərin sayının xeyli azaldığı bildirilir. Bir çox restoran artıq qara keçi əti və digər alternativ yeməklər təklif edir, it əti şorbası sifariş edən azsaylı müştərilərin isə əsasən yaşlı insanlar olduğu qeyd olunur.
2024-cü ilin əvvəlində keçirilən sorğuda respondentlərin 90 faizindən çoxu gələcəkdə it əti yemək niyyətində olmadığını, 80 faizdən çoxu isə bu sahəyə qadağa qoyulmasını dəstəklədiyini bildirib.
16:15 14.08.2026
Oxunuş sayı: 50