Azərbaycan millisinin basketbolçusu Ulaş Can Turğut "Neftçi"yə qayıdıb
Yeni mövsümün hazırlığını davam etdirən "Neftçi" basketbol komandası heyətinə daha bir oyunçu qatıb.
Bu barədə Crossmedia.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
23 yaşlı hücumçu 2024-cü ildə məhz "Neftçi"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Can Turğut son mövsümdə "Gəncə"də çıxış edib.
13:21 14.08.2026
Oxunuş sayı: 38