Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi olacaq
Argentinalı mütəxəssis Maurisio Poçettino İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, 54 yaşlı mütəxəssis noyabrın 18-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.
Poçettino bu postda noyabrın 12-də istefaya göndərilən Maykl Kerriki əvəzləyəcək.
Argentinalı məşqçi daha əvvəl İngiltərənin “Sauthempton”, “Tottenhem” və “Çelsi”, həmçinin Fransanın PSJ klublarına rəhbərlik edib.
O, son olaraq ABŞ milli futbol komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Məlumata görə, Poçettinonun “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
17:32 13.11.2026
Oxunuş sayı: 113