TDT-nin Ətraf Mühit və Ekologiya üzrə işçi qrupunun 2-ci iclası keçirilib
Türk Dövlətləri Təşkilatı (TDT) Ətraf Mühit və Ekologiya üzrə işçi qrupunun 2-ci iclası keçirilib.
Crossmedia.az təşkilata istinadən xəbər verir ki, iclas TDT baş katibinin müavini Merey Mukazhanın moderatorluğu ilə üzv dövlətlərin ekspertlərinin onlayn formatda iştirakı ilə baş tutub.
Tərəflər ekoloji əməkdaşlığın koporativləştirməyə yönəlmiş mühüm təkliflərini nəzərdən keçirərək ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsində regional əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriblər.
Həmçinin, üzv dövlətlərin dayanıqlı inkişaf və ekoloji dayanıqlılığa sadiqliyini vurğulayan "Türk Yaşıl Vizyonu"nun icra planının layihəsi müzakirə olunub.
İşçi qrupu aprelin 23-də Astanada Regional Ekoloji Sammit çərçivəsində keçiriləcək TDT Ətraf Mühit və Ekologiya nazirlərinin 2-ci iclası üçün hazırlanmış bəyannamə, gündəm və proqram layihələrini də müzakirə edib.
20:08 13.04.2026
Oxunuş sayı: 52