Məmmədyarov TDT dövlətləri arasında əməkdaşlığını mövcud durumundan danışdı
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib ki, xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir. İlham Əliyevin ifadə etdiyi fikirlər Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətlərin prioritet istiqamət təşkil etdiyini bir daha aydın şəkildə ortaya qoyur. Dövlət başçısı vurğulayır ki, Azərbaycan bu təşkilatın inkişafına həm keçmişdə, həm də bu gün mühüm töhfələr verib və gələcəkdə də bu xətt davam etdiriləcək. Onun “Türk dünyası bizim ailəmizdir” fikri isə bu münasibətlərin sadəcə siyasi əməkdaşlıq deyil, daha dərin tarixi, mədəni və mənəvi bağlara söykəndiyini göstərir. Eyni zamanda, üzv ölkələrin beynəlxalq platformalarda vahid mövqedən çıxış etməsi və bir-birinə həm yaxşı, həm də çətin günlərdə dəstək verməsi bu birliyin real və funksional xarakter daşıdığını təsdiqləyir.
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az saytına açıqlama verib:
"Türk Dövlətləri Təşkilatı öz prioritetlərini müəyyənləşdirib. Orta Asiya dövlətləri ilə də iqtisadi münasibətlərimiz yaxşı səviyyədədir. Başda Qazaxıstan və Özbəkistan olmaqla bütün orta Asiya türk dövlətləri ilə neft-qaz məsələləri müzakirə olunur. Çox güman ki, onlar Qərb bazarlarına Azərbaycan ərazisindən istifadə edərək keçəcəklər. Çünki Rusiyadan göndərilən qaz və neft artıq sanksiya altındadır".
Ayhan
11:25 04.04.2026
Oxunuş sayı: 127