“Türkdilli Dövlətlər” yoxsa “Türk Dövlətləri”? – professordan açıqlama
“Türkdilli dövlətlər” ifadəsi son illər siyasi və akademik müzakirələrdə tez-tez gündəmə gəlir.
Xüsusilə, türk dünyasında inteqrasiyanın dərinləşməsi, ortaq kimlik və əməkdaşlıq ideyalarının güclənməsi fonunda bu terminə münasibət birmənalı deyil.
Bəziləri hesab edir ki, ifadə xalqları yalnız dil faktoru ilə məhdudlaşdırır və daha geniş mədəni-tarixi birliyi tam əks etdirmir.
Digərləri isə bunun praktik və qəbul olunmuş termin olduğunu, dövlətlər arasında ortaq ünsiyyət və əməkdaşlıq platformasını ifadə etdiyini bildirir.
Beləliklə, “türkdilli dövlətlər” anlayışının nə dərəcədə doğru və adekvat olması, onun yerinə alternativ terminlərin istifadə perspektivi və bu mövzunun siyasi-mədəni məzmunu müzakirəyə açıq olaraq qalır.
Məsələ ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib:

"Əslində "türkdilli dövlətlər" ifadəsi demək olar ki, artıq işlənmir. Hazırda Türk Dövlətləri Təşkilatı adlı qurum var. Onun fəaliyyətini işıqlandıranda da türk dövlətləri ifadəsi işlənir. Düşünürəm ki, normal olan da budur. Türk dövlətləri anlayışı daha doğrudur və o cür də işlənməlidir".
Ayhan
15:15 26.02.2026
Oxunuş sayı: 618