Türkiyə Venesuelanın yanında olduğunu açıqlayıb
Türkiyə prezidentinin baş müşaviri Cəmil Ertəm bildirib ki, Türkiyə Venesuela xalqının və Prezident Nikolas Maduronun yanında dayanır.
Bu barədə Crossmedia.az xəbər verir.
Ertəm X sosial şəbəkəsində paylaşım edərək “Bu quldurluq cəzasız qalmamalıdır”, deyə qeyd edib. O, Venesuelaya qarşı həyata keçirilən hərbi əməliyyatları qəti şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti bu vəziyyətə diqqət yetirməyə çağırıb.
Türkanə Məşədiyeva
12:43 03.01.2026
Oxunuş sayı: 3172