Kolumbiya prezidenti: ABŞ Venesuela parlamentinin binasına zərbə endirib
Kolumbiya prezidenti Qustavo Petro açıqlamasında ABŞ-ın Venesuelanın paytaxtında yerləşən parlament binasına zərbə endirdiyini bildirib. Onun sözlərinə görə, hadisə regionda onsuz da gərgin olan siyasi və təhlükəsizlik vəziyyətini daha da kəskinləşdirə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Prezident qeyd edib ki, hücumla bağlı məlumatlar ilkin xarakter daşıyır və vəziyyət diqqətlə izlənilir. O, tərəfləri təmkinə çağıraraq mümkün eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.
Venesuela tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. ABŞ tərəfindən də iddialara dair təsdiq və ya təkzib yoxdur. Yerli mənbələrin məlumatına görə, hadisədən sonra paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib, parlament binası ətrafında hərəkət məhdudlaşdırılıb.
Sevinc Yarməmmədova
12:42 03.01.2026
Oxunuş sayı: 3025