ABŞ-nin Venesueladakı hərbi əməliyyatı başa çatdı?
ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi iddia olunan hərbi əməliyyatlar nəticəsində ölkədə gərginlik davam edir.
Müşahidəçilərin məlumatına görə, ABŞ-nin 160-cı xüsusi əməliyyatlar aviapolku Venesuela ərazisinə daxil olub və tapşırığı yerinə yetirdikdən sonra geri çəkilə bilərdi. Hava zərbələrinin bu hərbi əməliyyatları ört-basdır etmək məqsədilə endirildiyi bildirilir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ehtimala görə, əməliyyatın məqsədi Prezident Nikolas Maduro və digər Venesuela rəhbərliyinin üzvlərinin həbs edilməsi və ya aradan qaldırılması ola bilərdi, lakin bu barədə rəsmi təsdiq yoxdur.
Bundan əlavə, ABŞ hava zərbələri nəticəsində ölkənin şimalındakı La-Quayra limanında ciddi dağıntılar baş verib. Liman Karakas yaxınlığında strateji logistika mərkəzi olaraq, zərər görən əsas obyektlərdən biridir. Həmçinin, ABŞ Hərbi Hava Qüvvələrinin La-Quayra limanında dayanan bir gəmi üzərində də zərbə endirdiyi bildirilib.
Türkanə Məşədiyeva
12:40 03.01.2026
Oxunuş sayı: 3725