Maduro ABŞ zərbələrindən əvvəl Çin elçisini qəbul edib
Venesuela Prezidenti Nikolas Maduro ABŞ tərəfindən həyata keçirilən zərbələrdən bir neçə saat əvvəl Çin Prezidenti Si Cinpinin xüsusi elçisini qəbul edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüş zamanı iki ölkə arasında diplomatik və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, regionda təhlükəsizlik və sabitliyin qorunması məsələləri müzakirə olunub. Rəsmi Karakas görüşü strateji əhəmiyyətli hesab edir və bildirib ki, Çinlə əməkdaşlıq Venesuela üçün beynəlxalq təzyiqlərə qarşı dayanıqlılığın təmin olunmasında mühüm rol oynayır.
Türkanə Məşədiyeva
12:30 03.01.2026
Oxunuş sayı: 3110