Venesuelada hava limanı yaxınlığında güclü partlayışlar qeydə alınıb
Venesuelanın Miranda ştatında yerləşən Higuerote hava limanı yaxınlığında ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hava zərbəsindən sonra ikinci dərəcəli güclü partlayışlar baş verib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İlkin hücumdan sonra ərazidə ardıcıl partlayışlar qeydə alınıb. Hadisənin hərbi sursatların və ya yanacaq obyektlərinin zədələnməsi ilə bağlı olduğu ehtimal edilir. Partlayışlar yaxın ərazilərdə güclü sarsıntılara və əhali arasında təşvişə səbəb olub.
Rəsmi Karakas baş verənləri ölkənin suverenliyinə qarşı yönəlmiş hücum kimi qiymətləndirir. ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Türkanə Məşədiyeva
12:16 03.01.2026
Oxunuş sayı: 3137