ABŞ Venesuela üzərində uçuşlara qadağa qoyub
ABŞ hakimiyyəti Amerika təyyarələrinin Venesuelanın hava məkanında uçuşlarını qadağan edib. Bu məqsədlə müvafiq NOTAM yayımlanıb və qərar təhlükəsizlik səbəbləri ilə izah olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Venesuelanın müdafiə nazirinin yaşadığı evə zərbə endirdiyi barədə məlumatlar var. Lakin bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Nigar Yahyazadə
12:09 03.01.2026
Oxunuş sayı: 3077