Tramp Venesueladakı obyektlərə zərbə əmri verdi
ABŞ Prezidenti Donald Tramp Venesueladakı, o cümlədən hərbi obyektlərə zərbələr endirilməsi əmrini verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ rəsmiləri bu əmrlə administrasiyanın Prezident Nikolas Maduro rejiminə qarşı kampaniyanı gücləndirdiyini və regiondakı təhlükəsizlik vəziyyətini diqqətlə izlədiyini bildiriblər. Məlumatda zərbələrin hədəfləri və zamanlaması barədə ətraflı məlumat verilməyib, lakin hadisə ABŞ-Venesuela münasibətlərində gərginliyin artmasına işarə edir.
Nigar Yahyazadə
12:05 03.01.2026
Oxunuş sayı: 2952