ABŞ KC-135R Stratotanker təyyarəsi Venesuela yaxınlığında izlənilib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135R Stratotanker təyyarəsi Puerto-Rikonun cənubunda müşahidə olunub. Bu, Karakasda baş verən partlayışlar və mümkün hava zərbələri ilə bağlı şayiələri gücləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, KC-135R uzun mənzilli yanacaq doldurma təyyarəsi olub, adətən döyüş və kəşfiyyat təyyarələrinə dəstək üçün istifadə edilir. Təyyarənin mövcudluğu hərbi əməliyyatın baş verdiyini göstərməsə də, Venesueladakı vəziyyətlə bağlı diqqəti artırıb.
Nigar Yahyazadə
12:01 03.01.2026
Oxunuş sayı: 2806