Venesuelanın müdafiə naziri həlak olub
ABŞ-nin Venesuelaya hücumu başlayandan sonra paytaxt Karakas və ölkənin digər şəhərlərində hərbi vəziyyət elan edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela hərbi qüvvələri kritik obyektlərin yaxınlığında olan şəxsləri həbs edir və təhlükəsizlik tədbirlərini gücləndirib.
Ölkənin müdafiə naziri Vladimir Padrino Lopez isə ABŞ qüvvələrinin Karakasdakı evinə endirdiyi zərbə nəticəsində həlak olub.
Hazırda paytaxtda və digər strateji bölgələrdə hərbi əməliyyatlar davam edir, vəziyyət gərgin olaraq qalır.
11:56 03.01.2026
Oxunuş sayı: 3017