İran polisi iğtişaş iştirakçılarına sərt cavab vəd edir
İranın Luristan əyalətinin polis rəisi Məhəmməd Rza Haşemifar iğtişaşlarda iştirak edənlərə qarşı sərt tədbirlərin görüləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət orqanları vətəndaşların dinc etiraz keçirmək hüququnu tanıyır, lakin qanunsuz hərəkətlərə yol verilməyəcək.
Haşemifar qeyd edib ki, polis bölmələrinə və başqasının əmlakına hücumlar, eləcə də ictimai asayişin pozulması "qətiyyətli, qanuni və çəkindirici cavab"la qarşılanacaq. O vurğulayıb ki, ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərdə iştirak edən şəxslər üçün dözümlülük dövrü artıq başa çatıb.
Nigar Yahyazadə
11:50 03.01.2026
Oxunuş sayı: 2959