Kolumbiya prezidenti BMT-ni Venesuela hücumu ilə bağlı təcili iclasa çağırdı
Kolumbiya prezidenti Qustavo Petro Venesueladakı vəziyyətlə əlaqədar BMT və Amerika Dövlətləri Təşkilatını təcili toplantıya çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"İndi Karakas bombalanır. Bütün dünya üçün həyəcan təbili çaldı - onlar Venesuelaya hücum etdilər. Raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı və BMT dərhal iclas çağırmalıdır", - o sosial şəbəkədə yazıb.
"Dünəndən etibarən Kolumbiya BMT Təhlükəsizlik Şurasının üzvüdür və dərhal iclas çağırmalıdır. Venesuelaya qarşı təcavüzün beynəlxalq legitimliyi müəyyən edilməlidir", - o qeyd edib.
11:42 03.01.2026
Oxunuş sayı: 3271