Karakasda silsilə partlayışlar qeydə alınıb
Venesuelanın paytaxtı Karakasda azı yeddi partlayış baş verib, şəhər üzərindən bir neçə təyyarənin uçduğu müşahidə olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, partlayışlar şəhərin cənub hissəsində yerləşən iri hərbi bazanın yaxınlığında baş verib və nəticədə ərazidə elektrik enerjisi kəsilib. Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu istefaya məcbur etmək məqsədilə təzyiqlərin artırılacağını dəfələrlə bəyan edib. Bu çərçivədə sanksiyaların genişləndirilməsi, ABŞ-nin regiondakı hərbi mövcudluğunun gücləndirilməsi və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən gəmilərə qarşı əməliyyatlar həyata keçirilir.
Nigar Yahyazadə
11:30 03.01.2026
Oxunuş sayı: 3065