ABŞ-li konqresmen: Tramp üçün İranda söz azadlığı deyil, neft maraqlıdır
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Tomas Massi prezident Donald Trampın İrana qarşı təhdidlərinin söz azadlığını müdafiə məqsədi daşımadığını, əsas hədəfin İran nefti və İsrail amili olduğunu bildirib.
Crossmedia.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Massi ABŞ-nin daxili problemlərinin mövcud olduğunu və digər ölkələrin daxili işlərinə müdaxilə üçün hərbi resursların xərclənməsinin yolverilməz sayıldığını vurğulayıb. Onun sözlərinə görə, İrana qarşı hərbi addımların atılması üçün konqresin razılığı tələb olunur.
Qeyd edək ki, Tramp yanvarın 1-də İranda etirazçılara qarşı zorakılıq olacağı halda ABŞ-nin onlara dəstək verəcəyini açıqlamışdı. İran tərəfi isə istənilən müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib.
Fatimə Məmmədova
10:37 03.01.2026
Oxunuş sayı: 3779