Türkiyədə zəlzələ olub
Türkiyənin Bingöl vilayətində zəlzələ baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 3,5 maqnitudalı zəlzələ yerli vaxtla 01:56-da (Bakı vaxtı ilə 02:56) qeydə alınıb. Yeraltı təkanın episentri Bingölün Yedisu rayonu olub.
Zəlzələnin yerin 6,9 km dərinliyində baş verdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər yoxdur.
09:31 03.01.2026
Oxunuş sayı: 2763