Maqnit qasırğası başlayıb
Yer kürəsində alimlər tərəfindən proqnozlaşdırılan zəif maqnit qasırğası başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər.
Bildirilib ki, hazırda Yerin maqnit sahəsinin (gücün) pozulma dərəcəsi beş səviyyəli şkala üzrə G1 səviyyəsindədir, burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.
09:07 03.01.2026
Oxunuş sayı: 3689