Rusiya İrana görə narahatdır
İran ərazisinə yeni zərbələrin endirilməsi ilə bağlı aqressiv açıqlamalar haqlı narahatlıq doğurur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat deyib ki, Kreml müharibə tərəfdarlarını dağıdıcı kurslarının tam zərərli olduğunu qəbul etməyə, İran və onun nüvə proqramı ətrafında gərginliyi artırmaqdan çəkinməyə və 2025-ci ilin iyun ayında etdikləri ölümcül səhvləri təkrarlamamağa çağırır.
Zaxarova əlavə edib ki, İranın nüvə proqramına qarşı güc yolu ilə həll çağırışları ciddi fəlakətə səbəb ola bilər.
Qeyd edək ki, bir gün öncə 🇺🇸 ABŞ Prezidenti Donald Tramp 🇮🇱 İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında İranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi halda ciddi nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
01:30 03.01.2026
Oxunuş sayı: 1350