Rusiyada azərbaycanlı həmvətəninin yerinə imtahan verən şəxs şərti cəza alıb
Rusiyanın Amur vilayətində azərbaycanlı vətəndaş başqa bir həmvətəninin əvəzinə patent almaq üçün imtahan verdiyinə görə məhkəmə qarşısına çıxarılıb.
Bu barədə Crossmedia.az xəbər verir.
Məhkəmənin müəyyən etdiyinə görə, hadisə 2024-cü ilin noyabrında baş verib. Təqsirləndirilən şəxs rus dilini kifayət qədər bilməyən və miqrasiya qanunvericiliyinin tələblərini anlamayan azərbaycanlı tanışına kömək etmək məqsədilə onun pasportundan istifadə edib. O, Amur Dövlət Universitetinin Çiqiri kəndində yerləşən Test Mərkəzinə həmin şəxsin adı ilə daxil olaraq rus dili, Rusiya tarixi və Rusiya Federasiyasının qanunvericiliyinin əsasları üzrə imtahanları uğurla verib.
Araşdırma zamanı kişi günahını etiraf edib və peşman olduğunu bildirib. Məhkəmə onun sağlamlıq vəziyyətini nəzərə alaraq 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib. Sınaq müddəti də eyni dövrü əhatə edir.
Türkanə Məşədiyeva
23:06 02.01.2026
Oxunuş sayı: 1272