Rusiya XİN Finlandiya səfirliyinə rusofobiya ilə bağlı sənəd təqdim etdi
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Finlandiyanın Moskvadakı səfirliyinə Finlandiya və İsveçdə mövcud olan rusofobiya mövzusuna həsr olunmuş 120 səhifəlik sənəd təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat yayıb.
Sənədin müəlliflərinin bildirdiyinə görə, sənəd “etibarlı faktiki materiallara” əsaslanır.
Qeyd edək ki, burada Finlandiya və İsveçin hərbi cinayətlər törətməsi, nasizm və neonasizmi dəstəkləməsi, Böyük Vətən müharibəsi illərində sovet xalqına qarşı soyqırımında iştirak etməsi ilə bağlı iddialar yer alır.
Eyni zamanda sənəddə İsveç və Finlandiya hökumətlərinin vətəndaşları ilə birlikdə Ukraynaya müharibə zamanı yardım göstərməsinə dair məlumatların əks olunduğu qeyd olunur.
Fatimə Məmmədova
22:47 02.01.2026
Oxunuş sayı: 1130